Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “10 milyonluq ölkəmizlə irəli!” adlı konsert proqramı keçirilib.

09.04.2019

Yardımlıda rayon İcra Hakimiyyəti və Yardımlı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə “10 milyonluq ölkəmizlə irəli!” adlı konsert proqramı rayonun  Tarix – Diyarşünaslıq muzeyinin qarşısında  keçirildi. Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, rayon ziyalıları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin  nümayəndələri iştirak edirdi. 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqına, eləcə də körpənin valideynlərinə təbrik nitqi söylənildi. Sonra tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Yardımlı rayon Mədəniyyət Mərkəzinin solistləri Fədai Əsədov, Rayət Nəcəfov, Elxan Qəhrəmanoğlu, Canağa Hadiyev  və Masallıdan təşrif buyurmuş “Halay” folklor rəqs qrupu və “Masallı” rəqs qrupunun rəngarəng ifaları tədbir iştirakçılarına xoş anlar bəxş etdi. Roza İstək və Gülnarə xanımın ifaları xüsusi alqışlarla qarşılandı. İdmançıların çıxışları tədbirin rəngarəngliyini  daha da artırdı. Konsert proqramına möhtəşəm atəşfəşanlıqla yekun vuruldu.