Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsanlara nur bəxş edən böyük aftolmoloq alim

28.04.2025

Aprelin 28-də Astara rayon Heydər Əliyev Mərkəzində əməkdar elm xadimi aftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə tədbir keçirilib.

Tədbırdə Astara rayon A.İbrahimov adına Şüvi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova geniş məruzə ilə cıxış edərək qeyd edib ki, Zərifə xanım Əliyeva zaman-zaman öyrəniləcək və tədqiq olunacaq alimdir. Zərifə xanımın beynəlxalq konfrans və simpozumlarda alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxarmışdır.

Sonra “Akademik Zərifə Əliyeva” mövzusunda film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.