25.04.2025
Aprelin 25-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Sosial Xidmətlər Agentliyinin Lənkəran Filialı və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Xatirə parkında “Beynəlxalq Rəqs Günü” münasibətilə “Nəsillərin ahəngi” adlı tədbir keçirilib.
Tədbir Lənkəran rayonunda yaşayan yaşlı şəxslər və gənclər üçün Beynəlxalq Rəqs Günü münasibətilə təşkil olunub.
Tədbirdə evdə sosial xidmət göstərilən şəxslər üçün idman mütəxəssislərinin müşaiyəti ilə atletika, ağırlıqqaldırma, boks, gimnastika, nərd, dama, şahmat idman növləri üzrə nümunəvi çıxışlar və əyləncəli oyunlar keçirilib.
Tədbirə xüsusi rəng qatan musiqi və rəqs nümunələri ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin ‘Ay lolo’ rəqs qrupu , Mərkəzin solistləri digər istedadlı ifaçılarının çıxışları ilə təqdim olunub.”