Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam ailə möhkəm cəmiyyətin təməlidir: “Vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyə”

26.04.2025

Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Sağlam ailə möhkəm cəmiyyətin təməlidir: “Vətənpərvərlik və milli mənəvi dəyərlər ruhunda tərbiyə” mövzusunda dəyirmi masa keçirilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mövzu haqqında videoçarxın təqdimatından sonra Masallı Dövlət Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova çıxış edərək bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri olduğu üçün, belə bir vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur deyə bildirib.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək bildirmişdir ki,hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir.Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır. Ədalət, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik, dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə, soy-kökünə bağlılıq, böyüklərə ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası ailədə qoyulur. Sonradan bu tərbiyənin təkmilləşməsində təhsil ocaqları, cəmiyyət mühüm rol oynayır.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhidi Rəşid Lətifovun atası Güləhməd Lətifov, aprel döyüşçüsü, 44 günlük Vətən müharibəsi iştirakçısı, Xüsusi təyinatlı qüvvələrdə, Murov dağdan Şuşaya kimi şanlı döyüş yolu keçmiş, hazırda Öncəqala kənd orta məktəbin hərbi rəhbəri, Qarabağ və III dərəcəli Rəşadət ordeni ilə təltif olunmuş, ehtiyyatda olan qazi komandir Nazim Cəfərzadə və Masallı Dövlət Regional kollecin müəllimi Humay Həşimova çıxış edərək bildirmişlər ki, vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir.Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.Prezident İlham Əliyev demişdir : "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”.