Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şanlı qələbəmiz- Aprel döyüşləri”

04.04.2019

04.04.2019-cu il tarixdə Mərkəzi kitabxana Cəlilabad rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Aprel döyüşləri ilə əlaqədar "Aprel döyüşləri şanlı qələbəmizdir" adlı anım günü keçirdi. Tədbir Cəlilabad rayon Tibb Kollecində keçirildi.Anım günündə Qarabağ müharibəsi qaziləri Maşallah Əliyev,Rövşən Ağayev, Vüqar Fərəcov , Aprel döyüşlərinin qaziləri Rahil Əliyev, İsmət Məmmədov, şəhid ataları İmran Nəsirov, Ataşlı Vəli,Mirşamil Mürsəlov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Prezident Təqaüdçüsü,şair Əlizadə Nuri, Cəlilabad rayon Gənclər və İdman idarəsinin işçiləri Vüqar Cavadov, Elman İbadlı,Tibb Kollecinin müəllim və tələbələri, şhər 2 saylı tam orta məktəbin şagirdləri, Mərkəzi kitabxananın kollektivi iştirak edirdilər. Tədbirdə iştirak edən Qarabağ müharibəsinin ,Aprel döyüşlərinin qaziləri , şəhid ataları və digər qonaqlar çıxış edərək şanlı Aprel döyüşlərindən danışdılar, qazilər döyüş xatirələrini söylədilər.Tədbirdə Aprel şəhidlərinə həsr edilmiş video -slayd nümayiş etdirildi və 2 saylı tam orta məktəbin şagirdləri şeirlər söylədilər.