Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixi zəfərimiz”

03.04.2019

 03.04.2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin  və Şəhər 2 saylı məktəbin birgə təşkilatçılığı ilə Şəhər 2 saylı məktəbdə Aprel döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar “Tarixi zəfərimiz”adlı tədbir keçirilmişdir.Tədbir Dövlət Himninin səslənməsi ilə başladı.Sonra şagirdlərin ifasında bayatılar,şeirlər,vətənpərvərlik ruhunda mahnılar  səsləndirildi.Tədbirdə Masallı rayonundan Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin yaxınları iştirak edirdilər.Tədbirin sonunda Şəhər 2 saylı məktəbin direktoru Mehriban Əzizova və Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva  çıxış

etdilər.D.İbayeva bildirdiki,Azərbaycan ordusu 4 günlük döyüşlərdə Xalqımıza Qələbə sevincini yaşatdı.Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri,əsgərlərimiz,zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular.M.Əzizovada öz çıxışında Azərbaycanın ərazi bütövlüyü,müstəqilliyi ugrunda Şəhid olan insanlara Allahdan rəhmət dilədi.