Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 Mart Azərbaycanlıların soyqırımı günü.

29.03.2019

Cəlilabad MKS. 29.03.2019-cu il tarixdə Mərkəzi kitabxanada 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar "Tarixin acı göz yaşı" adlı tədbir keçirildi.Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Prezident təqaüdçüsü, yazıçı Meyxoş Abdullah,Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, 20 Yanvar əlili, şəhid atası Mirşamil Mürsəlov, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, ADPU Cəlilabad filialının tələbələri, Cəlilabad şəhər 2, 8 saylı və Muğan kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edirdilər.