Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı MKS-da İsmayıl Şıxlı - 100

19.03.2019

19 mart 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında  Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə ilk çıxış edən İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov bildirib ki, görkəmli ədibin ilk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuş, ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini başa vurduqdan sonra Böyük  Vətən  müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. Qabaqçıl ədəbi  mətbuat nəşrlərində müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan və SSRİ Yazıçılar İtttifaqının katibi, Azərbaycan  Yazıçılar İttifaqının sədri vəzifələrini icra etmişdir. Sonra çıxış edən Xidmət şöbəsinin müdiri Gülər Piriyeva qeyd edib ki, İsmayıl Şıxlı yaradıcılığında xüsusi yer tutan tərcümə ədəbiyyatı sahəsində də uğurla fəaliyyət göstərib, ali məktəb tələbələrinin istifadəsi üçün bir sıra xarici dillərdə əsərləri  doğma dilimizə çevirib.