12.03.2025
Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitənin Azərbaycan Hökumətinin BMT-nin “Əlilliyi olan Şəxslərin hüquqları haqıında Konvensiya”nın icrası ilə əlaqədar martın 12-də Astara rayon Heydər Əliyev Mərkəzində “Əlilliyi olan şəxslərin əmək hüququ və güzəştləri“ mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Astara rayon S.Nəsirov adına Seləkəran kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova mövzu ətrafında məlumat verərək fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında iştirakının mental və mənəvi stimullaşdırılması ictimai öhdəliklərdəndir. Əlillərin əmək hüquqlarının qorunması və onlara əmək şəraitinin yaradılması qanunvericiliklə tənzimlənir. Onlara işlədikləri yerdə qanunla əlavə hüqüqlar verilir. Bu, əsasən onların məzuniyyət hüququ, iş vaxtı və digər normalarda hiss olunur. Ölkəmizdə əlillərin sosial müdafiəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət yetirildiyini və bu sahədə bir sıra dövlət əhəmiyyətli proqramların həyata keçirilməsini,əlillərin mənzil, maşın, əlil arabaları ilə təmin olunduğunu, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirdiklərini bildirib.