Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlil Məmmədquluzadə- 150

27.03.2019

27 mart 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ilk çıxış edən Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsinin müdiri Rəşad İsmayılov Azərbaycan ədəbiyyatının görkəmli siması Cəlil Məmmədquluzadə yaradıcılığının xalqımızın yeni təfəkkür tərzinin, dünyagörüşünün formalaşmasında, maarifçilik ənənələrin inkişafı  istiqamətində əhəmiyyətindən danışıb. Sonra çıxış edən Xidmət şöbəsinin işçisi Gülər Kərimova Cəlil Məmmədquluzadənin qiymətli dram və nəsr əsərlərində humanist məzmunu,  milli və ümumbəşəri dəyərləri özündə ehtiva etdiyini, ana dilinin saflığı mövzusuna, qadın və kişi hüquqlarının bərabərliyi kimi mütərəqqi ideyalara geniş yer verdiyini qeyd edib.