Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda Bahar bayramı keçirildi

17.03.2019

17 mart 2019 – cu il tarixdə Yardımlı rayon Mədəniyyət Mərkəzində Novruz bayramı ilə əlaqədar təşkil olunmuş bayram tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, İcra Hakimiyyətinin işçiləri, idarə və müəssisələrdə çalışanlar, ziyalılar, gənclər və məktəblilər iştirak edirdi. Tədbirin aparıcısının təbrik nitqindən sonra rayonumuzun başçısı A.Əsgərov rayon  Novruz tonqalını yandırdı.  Rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş milli adət - ənənələrimizi təbliğ edən sərgilərə, kitab sərgisinə, əl işlərindən ibarət sərgilərə və idmançıların nümunəvi çıxışlarına baxış olduqdan sonra bayram konseri təqdim olundu. RMM – nin solistləri Rayət Nəcəfovun, Cavanşir Muradxanlının, Canağa Hadiyevin, Xəyal Bağırovun, Rəhman Mirzəcanlının oxuduqları şux mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı. Saz ifaçısı Çingiz Əhmədov, gənc saz ifaçısı İntiqam Almasovun çıxışları da yüksək səviyyədə oldu. Masallı rayonundan dəvət olunmuş xanım müğənnilər Roza İstək və Minəxanım Zeynalova da öz şən mahnıları ilə çıxış etdilər.   Çayüzü kənd Folklor klubunun hazırladığı “Kosa – Keçəl” səhnəsi tədbirə xüsusi zövq verdi.