Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda möhtəşəm ”Bahar festivalı” keçirilir

16.03.2019

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “İnnovasiyalar Mərkəzi”nin birgə təşkilatçılığı ilə Masallı ASAN Həyat kompleksində Novruz adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə “ASAN Həyat”Bahar Festivalı keçirilir. Festivalın açılışı mərasimi 16 mart tarixində keçirildi. Mərasimə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova, eləcə də digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, yerli ziyalılar, təhsil, mədəniyyət işçiləri və digərləri iştirak edirdi. Tədbirdə rayonun bir çox kəndləri xalq sənətkarlığı nümunələri, milli naxışlarla bəzədilmiş müxtəlif suvenir və məişət əşyaları, milli, o cümlədən bölgəyə xas olan yemək və şirniyyat çeşidlərindən ibarət sərgilə iştirak edirdilər. Bununla yanaşı, müxtəlif rayonları təmsil edən ASAN Xidmət Mərkəzləri, ABAD, İctimai Birliklər, kommersiyaqurumları, eləcə də incəsənət və digər yaradıcı kollektivlər,Masallı rayon Tarix-Diyarşünaslıq muzeyi və başqaları təklif etdikləri məhsul və xidmətləri çadırlarda və açıq havada qurulmuş sərgi və satış yarmarkalarındanümayiş etdirdilər. Tədbirdə xarici qonaqlarda iştirak edirdi. Belə ki, Novruzu qeyd edən digər dövlətlərin - İran İslam Respublikası, Türkmənistan və Özbəkistan Respublikalarının nümayəndələri də festivalda sərgi ilə iştirak edirdi.

            Masallı Rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynovun iştirakı ilə bayram tonqalı alovlandırılandan sonra tədbirin bədii hissəsinə start verildi. İlk olaraq, səhnədə yerli incəsənət ustaları - Masallı rayon Mədəniyyət Mərkəzinin musiqi ifaçıları, solistləri və rəqs qruplarından ibarət kollektivi maraqlı musiqi və rəqs kompozisiyaları ilə çıxış etdilər. Masallıda, eləcə də bölgədə sevilən sənətçilər Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Xalid Hümmətoğlunun ifaları, Respublika və beynəlxalq miqyaslı “Halay” folklor rəqs ansanblının və “Masallı” rəqs qrupunun çıxışları, kəndirbaz və pəhləvanların, yeniyetmə və gənc idmançıların gimnastik hərəkət və idman nömrələri tədbir iştirakçılarında əsl bayram ovqatı yaratdı. Daha sonra səhnədə paytaxtdan təşrif buyurmuş qonaq sənətçilər çıxış etdilər. Festivalın ilk gününə iştirakçılar arasında keçirilən viktorina ilə yekun vuruldu.

            Xatırladaq ki, festival 19 mart tarixinədək davam edəcək.