Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan gəncliyi inkişaf yolunda

06.02.2025

Astara Dövlət Rəsm Qalereyası və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi inkişaf yolunda” adlı tədbir keçirilib.

Tədbirdə Astara Rayon Gənclər və İdman sektorunun əməkdaşları İqrar Cəfərov və Bəhlul Rufullazadə mövzu ətrafında çıxış edərək gənclərin inkişafı üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu cür tədbirlər gənclərin bacarıqlarını üzə çıxarmaq, onların motivasiyasını artırmaq və gələcək fəaliyyətlərinə dəstək olmaq baxımından mühüm rol oynayır.

Daha sonra Astara Dövlət Rəsm Qalereyasının direktor əvəzi Xəyalə Haqverdiya çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, gənclərin yaradıcılıq sahəsində qazandıqları uğurların onların gələcək inkişafına müsbət təsir göstərdiyini qeyd edib. O, vurğulayıb ki, bu kimi təşəbbüslər gənclərin sənətə marağını artırır və onların bacarıqlarının inkişafına stimul verir.

Yekunda sərgiyə baxış keçirilib və əl işləri ilə fərqlənən istedadlı uşaqlar təşəkkürnamələrlə təltif olunublar.