Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Mənim hüquqlarım” mövzusunda maarifləndirici tədbir keçirilib

06.02.2025

Astara Tarix-Diyarşünaslıq Muzeyində “Mənim hüquqlarım” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Astara rayon Pensər kənd Z.Əhmədzadə adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini i.e Şahin Əliyev açaraq qeyd edib ki, Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.

Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məruzə edib və

məruzə ətrafında şagirdlərlərlə fikir mübadiləsi aparılıb.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.