05.02.2025
Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyev irsinin təbliği məqsədilə "Azərbaycan təhsilinin himayədarı:Heydər Əlirza oğlu Əliyev" adlı tədbir keçirilib.
Tədbirdə Yardımlı rayon S.A.Şabiyev adına Şəfəqli kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir iştirakçılarına Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə verdiyi önəm və Azərbaycan gəncinin düzgün formalaşması, təhsil alması, vətənpərvər ruhda yetişməsi üçün həyata keçirdiyi əvəzsiz işlər barədə məlumat verilib.
Mərkəzdə mövcud olan sərgi və eksponatlara baxış keçirdikdən sonra tədbirə yekun vurulub.