Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada korrupsiyaya qarşı mübarizə ilə əlaqədar maarifləndirici tədbir keçirilib

05.02.2025

 Astara Tarix-Diyarşünaslıq Muzeyində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Tədbirdə Z.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini i.e Şahin Əliyev açaraq qeyd edib ki, dünya ölkələrinin siyasətində hər zaman korrupsiya ilə mübarizə ön sırada dayanır. Çünki korrupsiya inkişafı əhəmiyyətli dərəcədə zəiflədən, idarəçiliyin səmərəliyinə zərbə vuran, qanunun aliliyinə və sosial ədalətə təhlükə yaradan digər mənfi təzahürlərə yol açan ciddi sosial bəla kimi səciyyələndirilir. Azərbaycan Respublikasında korrupsiya cinayətlərinə qarşı barışmaz və prinsipial mübarizə məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlamış, bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərancamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özününün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir.

Sonra mövzu ilə bağlı muzeyin Böyük elmi-işçisi Vüsalə Xocaxanova mərzu edib.

yekunda məruzə ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb.