03.02.2025
Fevralın 3-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 2 Fevral - Gənclər Günü münasibətilə "Gəncliyim - işıqlı sabahım" adlı mədəni-kütləvi tədbir keçirilib
Tədbirdə Lerik rayonunda keçirilən “Azərbaycan gəncliyi; suverenlik, inkişafa doğru gedən yol” adlı forumda iştirak edən region gəncləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Lerik rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin və istedadlı gənclərin ifalarında konsert proqramı ilə davam edib.