Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc rəssamlarımız yaradıcılıq uğurlarını davam etdirir!

02.02.2025

Fevralın 2-də Binyamin Art Gallery tərəfindən təşkil olunan "Səmadakı Qəhrəmanlar" adlı rəsm müsabiqəsi istedadlı gəncləri bir araya toplayıb. Yarışmada Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının şagirdləri də iştirak edərək yüksək nəticələr əldə ediblər.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Polina Şabanova 1-ci yerə, Ruqəyya Əlizadə və Nuray Dadaşova isə 3-cü yerə layiq görülərək diplomlarla təltif ediliblər. Digər iştirak edən şagirdlərimiz də müvəffəqiyyətlərinə görə sertifikatlarla mükafatlandırılıblar.

Gənc istedadlarımızı təbrik edir, onlara yaradıcılıq yollarında yeni uğurlar arzulayırıq!