Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Azərbaycan Gəncləri Günü qeyd olunub

01.02.2025

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) Lənkəran-Astara regional nümayəndəliyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açılış nitqi ilə çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. O vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov və Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova çıxış edərək gəncləri salamlayıb, 2 fevral - Gənclər Günü münasibətilə təbrik ediblər.

Tədbirin bədii hissəsində Lənkəranın tanınmış və istedadlı müğənniləri – Cavid Lənkəranlı, Ramin Həsənov, Ayşən Şənay və Cəfər Cabbarlı adına 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri öz ifaları ilə tədbirə rəng qatıblar.

Tədbirin sonunda 2024-cü ildə rayonun ictimai-sosial, mədəni və təhsil həyatında aktiv iştirak edən bir qrup gənc Təşəkkürnamə ilə təltif edilib. Ssenarist Cəfər Fətullayev çıxış edərək gəncləri təbrik edib və qarşıda baş tutacaq layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir xatirə şəkli çəkilməklə yekunlaşıb.