Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Gənclər siyasəti

01.02.2025

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Astara Gənclər evində 2 Fevral-Gənclər Günü münasibəti ilə "Heydər Əliyev və Gənclər siyasəti" mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara Gənclər evinin müəllimləri Nigar Əbilova,Nəzrin Rzazadə və gənclər iştirak ediblər.

Kitabxananın əməkdaşları Nigar Təqiyeva və Aygün İmaməliyeva mövzu ətrafında çıxış edərək bildiriblər ki, hər kəsə məlumdur ki, 2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz "Heydər Əliyev və Gənclər siyasəti"nin nəticəsidir ki,gənclərimiz Ümümmilli Liderin təsis etdiyi bu günü qalıb ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.

Yekunda fəal gənclərin kitabxana və kitablarla bağlı fikirləri dinlənilib.