Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində təmtəraqlı Novruz tədbiri keçirilib

14.03.2019

14 mart tarixində Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində Masallı rayon UşaqGənclər İnkişaf Mərkəzi və muzeyin birgə təşkilatçılığı ilə“Xonçalı Novruz Gəlir” adlı maraqlı Novruz tədbiri keçirilmişdir. Tədbirdə Mərkəzin müəllim və şagird kollektivi, Masallı rayon Təhsil Şöbəsinin metodisti və digər qonaqlar iştirak edirdi. İlk öncə, muzeyin direktoru Əntiqə Tağıyevaqarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını, eləcə də bütün Azərbaycan xalqını təbrik etdi. Ə. Tağıyeva muzeydə hər zaman maraqlı tədbirlərin keçirildiyini və bunun bir növ ənənə halını aldığını qeyd etdi: “Muzeydə bayram və müxtəlif əlamətdar günlərlə bağlı mütəmadi tədbirlər keçirilir. Bu gün birgə keçirdiyimiz tədbir isə, xalqımızın ən sevimli bayramlarından biri olan Novruza həsr edilmişdir”. Mərkəzin direktoru Əsmər Axundova tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə muzey rəhbərliyinə təşəkkür etdi və bildirdi ki, gənc nəslin inkişafında hər iki qurumun göstərdiyi xidmətlər danılmazdır və bu gün keçirilən tədbir bunun bariz nümunəsidir. Masallı rayon Təhsil Şöbəsinin metodisti Münəvvər Əzimova isə, Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun tədbir iştirakçılarına olan bayram təbrikini çatdırdı. O, hər iki qurumun – muzey və Mərkəzin rayonun ictimai-mədəni və təhsil həyatında oynadıqları müsbət rolu yüksək qiymətləndirdiyini vurğuladı.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif incəsənət təmayüllü şagirdləri instrumental musiqi və şux rəqs nömrələri ifa edib, Novruzla bağlı şer parçaları səsləndirdilər. Bununla yanaşı, şagirdlər “Qayınana” kinofilminin motivləri əsasında hazırladıqları yumoristik teatr kompozisiyasını nümayiş etdirdilər. Sonda xatirə fotoları çəkdirildi.