Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli - mənəvi dəyərlər və müasirlik”

14.03.2019

14.03.2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində “Milli - mənəvi dəyərlər və müasirlik” mövzusunda tədbir və  Mərkəzdə fəaliyyət göstərən Rəsm dərnəyinin üzvü Zeynalova Nərminin əl işlərindən ibarət “Mənim rəngarəng dünyam”adlı fərdi sərgi keçirildi.Tədbirdə Şəhər 4 və 3 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.Tədbiri giriş sözü ilə açıq elan edən Mərkəzin direktoru Dilbər İbayeva bildirdi ki,Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib və bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub.Elə bu günümüzdə də  bu müsbət tendensiya özünü qoruyub saxlayır.Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi,milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.Daha sonra şagirdlərlə mövzu ətrafında diskusiya aparıldı.Tədbirin sonunda tədbir iştirakçıları Rəsm dərnəyinin üzvü Zeynalova Nərminin əl işlərindən ibarət sərgi ilə tanış oldular.Sonda Zeynalova Nərmin Zahir qızı Fəxri fərmanla təltif olundu.