17.01.2025
Yanvarın 17-də Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbində 17 yanvar-Ümumdünya Uşaq İxtirası Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə şöbənin müdiri Günəş Ağayeva məruzə ilə çıxış edərək bu əlamətdar günün təsis edilməsi tarixi və məqsədləri haqqında şagirdlərə ətraflı məlumat verib. O, şagirdlərin diqqətinə çatdırıb ki, bu gün biliyi və üstün dünyagörüşü ilə dünyaya meydan oxuyan və mürəkkəb məsələlərin həll yolarını böyüklərdən daha yaxşı bacaran uşaqları bir araya gətirən gündür.Qeyd olunub ki, bu tarix erkən yaşlarında üzgüçülük sahəsində ixtiraya imza atmış məşhur Amerikalı siyasətçi Benjamin Franklinin adı ilə bağlıdır.Franklinin doğum günü-Ümumdünya İxtiralar Günü kimi qeyd olunur.Gənc ixtiraçıların istedadına həsr olunan bu gün uşaqlara, onların fikirlərinə, yaradıcılıqlarına daha çox diqqət ayırmağa sövq edir.
Tədbirin gedişində şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallarına cavab verilib.