17.01.2025
Yanvarın 17-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 35-ci il dönümünə həsr olunan “Qəhrəmanlıq və İftixar Tariximiz”adlı tədbir keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Fuad Əzizov, mədəniyyət müəssisələrinin əməkdaşları, Cəlilabad şəhər 1 nömrəli və 8 nömrəli orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Ilk öncə 20 yanvar şəhidlərinin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Fuad Əzizov 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Rəsm sərgisi təşkil olunub Heydər Əliyev Mərkəzinin foyesində və sonda Qan Yaddaşımıza həsr olunmuş “20 Yanvar. Danışan talelər” səndli filmi nümayiş olunub.