16.01.2025
Yanvarın 16-da Yardımlı rayon Mərkəzi Kitabxanasında şair publisist, Prezident təqaüdçüsü Müşfiq Malik Muğanlının “Mübarizdən sonra” və “Ağakərim İbrahimovun düşüncələri” kitablarının təqdimatı keçirilib.
Kitabxananın direktor əvəzi Mehman Xanızadə tədbir iştirakçılarını salamlayaraq adları çəkilən kitabların işıq üzü görməsi münasibətilə müəllif Müşfiq Malik Muğanlını təbrik edib.
Şair Müşfiq Malik Muğanlı çıxışında vurğulayıb ki, bu kitablarda Milli Qəhrəman Mübariz İbrahimovun atası Hacı Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə və gənclərə verdiyi dəyərli məsləhətləri və şəxsi düşüncələrindən bəhs edir.Oxucular nəsihət xarakterli yazılan bu kitabçada şəhid atasının Allaha məhəbbət, vətənpvərlik hissləri, vətəndaşlıq borcu, milli təssübkeşlik,şəhidlik məqamı, şəhid valedeynlərinin cəmiyyətdə rolu,əxlaqi və insani keyfiyyətlər haqqında fikirləri ilə də tanış olacaqlar.
Yerli yazar Güloğlan İmanov, rəssam Malik Muğanlı, Əfqan Murtuzov yeni işıq üzü görən kitablarla bağlı öz fikirlərini bildiriblər.