10.12.2024
Dekabrın 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Mədəniyyət Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısının birgə təşkilatçılığı ilə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda tədbir keçirilib.
Lənkəran Mədəniyyət Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sehran Alışov, Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, QMİ-nin bölgə qazisi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri və mədəniyyət işçiləri iştirak edib.
Çıxışlar zamanı erkən nikahların cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərləri haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb. Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri diqqətə çatdırılıb.