Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “İnsan hüquqları və etnik azlıqlar“ mövzusunda tədbir keçirilib

10.12.2024

Dekabrın 10-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Regional Kolleci və Ombudsman Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 10 dekabr -Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar “İnsan hüquqları və etnik azlıqlar“ mövzusunda tədbir keçirilib.

Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, gənclər və tələbələr iştirak edib.

İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasına əsasən təsis olunan İnsan Hüquqları Günü kimi qeyd edilən 10 dekabr gününün yaranma tarixindən danışıb.

Sonra çıxış edən məruzəçilər Ombudsman Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, Kollecin müəllimi Elçin Ağayev və muzeyin kiçik elmi işçi Dilgüşə Məmmədova bu gün dünyada və Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, ona əməl edilməsi, təmini vəziyyətinin öyrənilməsi, təhlili, habelə çatışmazlıqları və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edən proses və problemlərdən geniş danışıblar.