11.12.2024
Dekabrın 11-də Astara rayon Heydər Əliyev Mərkəzində BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sı üzrə “Peşə təhsili” haqqında tədbir keçirilib.
Tədbirdə Astara şəhər R.Camalov adına 7 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova cıxış edərək qeyd etmişdir ki, peşə təhsilinin rolu, nüfuzu Prezident cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq daha da artdı. İlk dəfə olaraq, peşə təhsilinin məzmununun fəhlə kadrları hazırlamağa deyil, sahibkar ola biləcək müasir bacarıq və səriştələrə malik mütəxəssis yetişdirməyə doğru təkmilləşdirilməsinə başlandı.