Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqa bağışlanan ömür

11.12.2024

Dekabrın 11-də Lənkəran Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anım gününün 21-ci ildönümü ilə əlaqədar "Xalqa bağışlanan ömür" mövzusunda tədbir keçirilib.

Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları, 5, 10 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabxananın direktor v.m.i.e.Arzuyə Rufullayeva, 5 saylı tam orta məktəbin Tərbiyəvi Təşkilatlar üzrə direktor müavini Cəfər Fətullayev, tarix müəllimi Kəmalə Nabatova və məktəbin şagirdləri çıxış ediblər.

Sonda Dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə həsr edilmiş kitabların sərgisinə baxış keçirilib və xatirə şəkilləri çəkilib.