Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “Dahi Azərbaycanlı” layihəsi çərçivəsində tədbir keçirilib

11.12.2024

Dekabrın 11-də GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Lerik bölməsinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Lerik rayon Lüləkəran kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə Mərkəzə ekskursiya təşkil edilib.

Mərkəzin elmi-işçisi Bahar Mürsəliyeva şagirdlərə Ümummilli liderin fəaliyyətini əks etdirən kitablar, arxiv sənədləri və eksponatlar haqqında ətraflı məlumat verib.

Həmçinin, ekskursiya zamanı Ulu Öndərin müasir, müstəqil Azərbaycanın memarı və qurucusu kimi əvəzsiz xidmətləri qeyd edilərək, gənclər arasında milli ruhun yüksəldilməsinin və Azərbaycanın gələcəyi üçün daha məsuliyyətli yanaşmanın vacibliyi vurğulanıb.