11.12.2024
Dekabrın 11-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Müstəqil Azərbaycan dövlətinə xidmətdə keçən ömür-Heydər Əliyev Ömrü” adlı tədbir keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov və mədəniyyət işçiləri iştirak edib.
İlk öncə tədbir iştirakçıları Mərkəzin foyesində Cəlilabad Dövlət Rəsm Qalereyasının əməkdaşı Ramilə Quliyevanın çəkdiyi portretlərə və Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə hazırlanmış “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgiyə baxış keçiriblər.
Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Yekunda “İz” sənədli filmi nümayiş olunub.