02.12.2024
Dekabrın 2-də Masall rayon Mərkəzi Kitabxanasında Milli Qəhrəman Yusif Əliyevin anadan olmasının 55 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir başlamazdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki, I Qarabağ müharibəsində Azərbaycan xalqının saysız-hesabsız vətənpərvər övladları torpaqlarımızın müdafiəsi yolunda misilsiz fədakarlıqlar göstərmişdir. Xalqın bağrından qopmuş Yusif Əliyev kimi igidlərimiz şirin canlarını ölkəmizün ərazi bütövlüyü uğrunda çəkinmədən fəda edərək milli qəhrəmanlıq salnaməsinə öz adlarını qızıl hərflərlə yazdırmışlar.
Sonra kitabxananın əməkdaşı Rəşad İsmayılov Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən məruzə ilə çıxış edib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.