Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azadlığa qovuşan Laçın

03.12.2024

Dekabrın 3-də Masallı rayon Mərkəzi Kitabxanasında Laçın rayonunun işğaldan azad olunmasının 4-cü ildönümünə həsr olunmuş “ Azadlığa qovuşan Laçın” adlı tədbir keçirilib.Tədbir başlamazdan öncə Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva Laçın rayonunun 28 il sonra Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunmasının Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, şanlı Azərbaycan ordusunun qüdrəti, dövlət və xalq arasında mövcud olan sarsılmaz vəhdətin sayəsində mümkün olduğunu bildirib.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova Laçın rayonunun işğaldan azad olunması ilə yekunlaşan proseslərdən danışıb.O, çıxışında qeyd edib ki, Laçının azadlığına gedən yol 2020-ci ilin sentyabrından başlayıb. Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini cəmi 44 günə hərbi-siyasi qələbə ilə bitirdi. Qarabağda yerləşən digər tarixi ərazilərimizlə bərabər Laçın rayonu da Ermənistanın işğalından azad olundu. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev,Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabr 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.