03.12.2024
Dekabrın 3-dəAstara Dövlət Rəsm Qalereyasında Beynəlxalq Əlillər Günü ilə əlaqədar gənc rəssam Əzimova Humayənin fərdi rəsm sərgisi təşkil edilib.
Sərgidə rəssamın müxtəlif mövzulara həsr olunmuş əsərləri təqdim olunub və bu, izləyicilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, sərgi gənc rəssamın yaradıcılığını və sənətə olan dərin sevgisini nümayiş etdirməklə yanaşı, cəmiyyətə əlilliyi olan şəxslərin potensialını və bacarıqlarını göstərmək məqsədi daşıyır.