06.12.2024
Dekabrın 6-da YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın xalq rəssamı Əşrəf Nəzir oğlu Heybətov Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin qonağı olub.
Xalq rəssamı ilə görüşdə Lənkəran -Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və rəis müavini Dadaş Muxtarlı iştirak edib.
İdarə rəisi görüş zamanı rəssamın yaradıcılığı və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, onun əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Rəssamın indiyədək dünyanın bir çox ölkələrində fərdi sərgiləri təşkil edilib. Əşrəf Heybətov, eyni zamanda, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Xalq rəssamı çıxışında Lənkəranı çox sevdiyini vurğulayaraq, qonaqpərvərliyə görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüş zamanı Əşrəf Heybətovun gələcəkdə Lənkəranda rəsm sərgisinin təşkil ediləcəyi ilə bağlı söhbətlər də aparılıb.
Daha sonra Əşrəf Heybətov Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini, Həzi Aslanovun Ev Muzeyini və Lənkəran Uşaq Rəssamlıq Məktəbini ziyarət edib.