06.12.2024
Dekabrın 6-da Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi və mütəffəkiri İmadəddin Nəsiminin anadan olmasının 655 illiyi ilə əlaqədar “İmadəddin Nəsiminin dini-fəlsəfi görüşləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Nahidə Fərəcova bildirib ki, İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində ən uca zirvələrdən biridir. Nəsimi elmilik, əxlaq, əqidə, mərdlik və dözüm nümunəsi olmuşdur.
Sonra kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni dahi İmadəddin Nəsiminin yaradıcılığının dini-fəlsəfi qatlarından bəhs edən məruzə ilə çıxış edib. O, vurğulayıb ki,Nəsimi ilə bizi uzun əsrlərə dayanan zaman kəsiyi ayırsa da onun dini-fəlsəfi görüşləri indi də oxucuların mənəvi dünyasına işıq salır, insanları mənəvi zənginliyə səsləyir.