05.12.2024
Dekabrın 5-də Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqlarda sahibkarlıq bacarığının inkşafı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Mərkəzi Kitabxananın əməkdaşları və Astara şəhəri “Günərzi Qayğı Mərkəzi”nin müəllim və şagirdləri iştirak edib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, ənənəvi təhsildən fərqli olaraq yeni təhsil kurikulumları uşaqlarda müxtəlif bacarıqların formalaşmasına yönəlib. Tapşırıqların praktik icrası isə həm təhsilə marağı artırır, həm də bacarıqların təkmilləşməsinə gətirib çıxarır. Məhz buna görə də orta məktəblərdə bu sahələri genişləndirmənin və təkmilləşdirmənin yolu tədris kurikulumları ilə paralel olaraq dərsdənkənar elmi, yaradıcı, texniki və praktiki dərnəklərin və bu sahəyə uyğun müxtəlif yarışların keçirilməsidir.