29.11.2024
Noyabrın 29-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi Dekorativ-tətbiqi sənət növlərinin təbliği məqsədilə “Xalq tətbiqi sənəti -Həsirçilik “ adlı tədbir keçirib.
Bədəlan Peşə Məktəbində keçirilən tədbirdə məktəbin tələbə və müəllim kollektivi iştirak edib.
İlk öncə vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında Azərbaycan xalqının coxəsrlilik tarixə malik mədəni irsi , onun qorunması, təbliğinə , təşviqinə çalışmaq və Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası nəticəsində bu gün tətbiqi və dekorativ sənətin öz inkişafının yüksək mərhələsinə çatmasından danışıb.
Sonra muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova Dekorativ-tətbiqi sənət növlərindən biri olan bölgəmizdə xalq sənəti kimi tanınan Həsirçilik sənəti və bu sənət növündə istifadə edilən xammal, material, dəzgah və əldə olunan məmulatları haqqında ətraflı məlumat verib.
Daha sonra peşə məktəbinin direktor əvəzi Məhərrəm Fəttayev xalq sənət növlərinin təbliği mövzusunda keçirilən belə tədbirlərin müasir gənclər üçün incəsənətə yeni baxışın formalaşmasına xidmət etməsindən danışıb.