30.11.2024
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində nümayiş olunan tamaşanı Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər izləyiblər.
Tamaşanın nümayişindən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad Xalq Teatrı aktyorlarının ifasında nümayiş edilən tamaşada Vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin igidliyi obrazlı şəkildə ifadə olunub.
Sonda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhidin anası Yeganə Hüseynova və Lənkəran- Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidin həyatından, döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlardan danışıblar.