Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Erkən nigaha yox deyək!”mövzusunda tədbir keçirilib

29.11.2024

Noyabrın 29-da Yardımlı rayon Mərkəzi Kitabxanasında “Erkən nigaha yox deyək!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon icra hakimiyyətinin nümayəndəsi Fikrət Qəhrəmanov, Yardımlı rayon Peşə məktəbinin müəllim və şagird kollektivi və oxucular iştirak edib.

Kitabxananın direktor əvəzi Mehman Xanızadə tədbirin mahiyyəti haqqında iştirakçıları məlumatlandırıb.

Peşə məktəbinin direktoru Ruslan Ataşov geniş məruzə edərək bildirib ki,bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu psixologiyasına mənfi təsir göstərdiyindən söz açıb.

Yardımlı rayon RİH-nin nümayəndəsi F.Qəhrəmanov qeyd edib ki, qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi bu gün Azərbaycanın bir sıra regionlarının acı reallığına çevrilib.