Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib

02.12.2024

Dekabrın 2-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Günərzi Qayğı Mərkəzi, Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndəsi Fuad Əzizov, Cəlilabad RİH-nin əməkdaşı Varid Əsgərov, Lənkəran-Astara Regional Sosial Xudmətlər Agentliyinin Cəlilabad rayon filialının əməkdaşı Şəfaqət Bayramova, Günərzi Qayğı Mərkəzinin uşaqları və valideynlər iştirak edib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə əvvəlcə Vətən torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir qonaqların çıxışı və Günərzi Qayğı Mərkəzinin uşaqlarının hazırladığı maraqlı kompozisiyalarla davam edib.