02.12.2024
Dekabrın 2-də Astara rayon Heydər Əliyev Mərkəzində 12 dekabr anım günü ilə əlaqədar tarix dərsi keçirilib.
Tarix dərsində Astara rayon A.İbrahimov adına Şüvi kənd tam orta məktəbinin müəllim və IX sinif şagirdləri iştirak edib.
Tarix dərsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tarix dərsində Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova cıxış edərək qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.
Sonra “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti” mövzusunda film nümayiş olunmuşdur.
Tarix dərsi şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam etdirilib.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.