27.11.2024
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar noyabrın 27-də Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqların sosial bacarıqlarını oyunlarla necə inkişaf etdirməli?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Mərkəzi Kitabxananın əməkdaşları və “Günərzi Qayğı Mərkəzi”nin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, oyun uşağın həyatda son dərəcə vacib fəaliyyətlərdəndir. İstənilən yaş dövründə oyun uşaqların sadəcə əylənməsini təmin etmir, həm də onların əqli və intellektual inkişafına birbaşa təsir göstərir. İnsanın yetkinlik yaşında malik olduğu bir sıra bacarıqlar – hadisə və problemlərə çoxistiqamətli yanaşma, məntiqi və tənqidi düşünmə, çevik və sistemli düşünmə, düzgün qərar qəbuletmə, təşəbbüskarlıq və s. bacarıqların təməli uşaqlıq dövründə məhz müxtəlif məzmun və formalı oyunlar vasitəsilə qoyulmuş olur. Çünki istər sərbəst oyunlar, istərsə də sistemli oyunlar uşaqların təfəkkürünü, təxəyyülünü, diqqət-konsentrasiyasını və emosional sferasını inkişaf etdirməklə onlara müxtəlif bacarıqlar qazandırır.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.