Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəmiyyəti düşündürən ən aktual problemlərdən biri:Məişət zorakılığı

27.11.2024

Noyabrın 27-də Yardımlı rayon icra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə "Cəmiyyəti düşündürən ən aktual problemlərdən biri:Məişət zorakılığı" adlı tədbir keçirilib.

Tədbirdə RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, təhsil və səhiyyə sektorunun əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər hər bir cəmiyyətin ən aktual probemi olan məişət zorakılığının yaranma səbəbləri, növləri, problemin qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən həyata keçirilən işlər, qəbul edilən qanun və qərarlar barədə danışıblar. Çıxışçılar həmçinin məişət qismində baş verən zorakılıq hallarından əziyyət çəkənlərin ən çox qadınlar və uşaqlar olduğundan, bu bəlanın birbaşa insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlməsindən, zorakılığın qarşısının alınması ilə qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılmasından, bu sahədə təbliğatın önəmindən ətraflı şəkildə bəhs ediblər.

Yekun olaraq iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.