19.11.2024
Noyabrın 19-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə mərkəzdə Ağdam şəhəri gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbiri giriş sözü ilə açan Lənkərən-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndəsi Fuad Əzizov Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azrəbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı məlumat verib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, işğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdam rayonunun işğaldan azad olunması ilə Azərbaycan həm müharibə, həm də diplomatiya müstəvisində parlaq qələbə qazandı. Təsadüfi deyil ki, işğaldan azad olunmuş Ağdamdakı vəziyyət bir daha erməni barbarlığının və vandalizminin real mənzərəsini dünyaya nümayiş etdirdi.
Sonda Ağdam şəhərinin keçmişini və azad ediləndən sonrakı dövrlərini əhatə edən film nümayiş olunub.