Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan bayrağı fəxrimiz, vüqarımızdır.

07.11.2024

Noyabrın 7-də Astara rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları, Astara şəhər R.Camalov adına 7 saylı və Şahağacı kənd 2 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

Ümummilli Lider Heydər Əliyevin, Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu bayraq indi işğaldan azad edilmiş, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə, Xocalıda qürurla, vüqarla dalğalanır.

Sonra mövzu ilə məruzə oxunub və şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Daha sonra “9 Noyabr-Bayraq Günü” mövzusunda film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.