07.11.2024
Noyabrın 7-də Astara Tarix–Diyarşünaslıq Muzeyində 9 Noyabr Bayraq Günü ilə əlaqədar “Bayraq millətimizin, dövlətimizin, şərəf və ləyaqətimizin ifadəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara rayon Şahin Əliyev adına Rüdəkanar kənd ümumi orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad olunub
Muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev tədbiri açaraq qeyd edib ki, qurur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümburiyyət Hökümətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümburiyyətin süqutundan sonra endiriliən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçivan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxatar Respublikasında yenidən ucadılıb. Bundan bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olub.
Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. Bu, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Bayraq millətimizin, dövlətimizin, şərəf və ləyaqətimizin ifadəsidir. Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Sonra movzu ilə bağlı məruzə edilib, məruzə ətrafında çıxışlar dinlənilin və şagirdlərlə fikir mübadiləsi aparılıb.