07.11.2024
Noyabrın 7-də Astara rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar "Bayraq mənim iftixarım" mövzusunda tədbir keçirilib.
Tədbirdə M.Ə.Sabir adına şəhət 1 saylı orta məktəbin müəllimi Fərsudə Hüseynova və VII sinif şagirdləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə kitabxananın Baş bibloqrafı Ruqiyyə İbadova mövzu ətrafında məruzə edərək bildirib ki,Azərbaycanın Dövlət Bayrağı dövlətimizin suverenliyinin rəmzidir.Azərbaycanın hər bir vətəndaşının fəxri,iftixarı və qürur mənbəyidir.
Yekunda şagirdlərin ifasında şeirlər səsləndirilib.