Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı İncəsənət Məktəbində “O olmasın bu osun” tamaşası göstərildi.

06.03.2019

Martın 6-da Masallı onbirillik İncəsənət Məktəbinin şagird kolletivi Gündüz Babayevin səhnələşdirdiyi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasını nümayiş etdirdi. Məktəbin müəllim, tələbə kollektivi və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tamaşa çox sevinclə qarşılandı. Əsasən rəqs kollektivinin ifasında oynanılan tamaşa seyrcilər tərəfindən yüksək alqışa layiq görüldü. Masallı İncəsənət Məktəbinin direktoru Azər Əhədzadə uşaqlara və tamaşanın rejissoru baletmeyster Gündüz Babayevə öz dərin təşəkkür və minnətdalığını bildirdi. Qeyd olundu ki, bu kimi işlər uşaqlarda incəsənətə yüksək meyli daha da  artırır. Tamaşa 8 Mart Beynalxalq Qadinlar Günü munasibəti ilə hazırlanmışdır.