08.11.2024
Noyabrın 8-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına xatirə parkında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və xalqımızın Ümummilli lideri Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Zəfər Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışaraq şanlı Zəfər sevincini bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Milli Ordumuza dərin minnətdarlığını bildirib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyib.
Sonra Vətən müharibəsi iştirakçıları 44 günlük Zəfər yolumuzla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir maraqlı çıxışlar və ədəbi-bədii kompozisiya ilə davam edib.